Bir gündə 136 mindən çox insan virusa yoluxdu

Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir.

Metbuat.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.

Hesabata əsasən, ötən sutka ərzində 136 409 nəfər yeni növ koronavirusa yoluxub, 4586 pasiyent dünyasını dəyişib.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşıb.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 7 milyon 47 min 686 nəfərdir. İndiyədək 403 min 572 nəfər pandemiyanın qurbanı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR