“Koronavirisun ikinci dalğası payız və qış mövsümündə olacaq”-

“Azərbaycandakı təbii şərait, dövlət qayğısı və insanların yaşayış tərzi koronavirusun yenidən yayılması riskini çox-çox azaldır. Ancaq biz ikinci dalğanın olması ehtimalını da nəzərdən qaçırmamalıyıq. Çünkü viruslar insan hüceyrəsi kimi daim dəyişilmə, yenilənmə və mutasiyaya uğrama qabiliyyətinə malikdirlər”.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

M.Məmmədli hesab edir ki, pandemiya sönmək istiqamətində gedəcək:

“Ancaq biz payız və qış aylarında daha çox ehtiyatlı olmalıyıq. Çünki ikinci dalğanın olma ehtimalı payız və qış mövsümünə daha çox uyğun gəlir. Mən inanıram ki, biz birlikdə bu işin öhdəsindən gələcəyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR