.

Bakının iki rayonunda əməliyyat: Həbs olunanlar var

Bakıda polis narkotiklərlə bağlı əməliyyat keçirib.

Metbuat.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Türkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Əliyev paytaxtın Nizami rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Əzizov Xətai rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 12 qrama yaxın, kirayədə yaşadığı məzildən isə 25 kiloqrama yaxın heroin, 1 kiloqram 870 qram tiryək, 3 kiloqram 275 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR