İŞİD ilk dəfə əsirləri azad etdi

İŞİD ilk dəfə əsirləri azad etdi
02:26 18 Yanvar 2015
225 Dünya
Ölkə mətbuatı
A- A+

Xüsusi amansızlıq göstərişi ilə məşhur olan İŞİD terror qruplaşması gözlənilməz hərəkətə imza atıb.

ANS PRESS-in məlumatına görə, bu dəfə qruplaşma üzvləri İraqda girov götürdükləri iki yüz yezidi kürdünü azad edib.

Kürd hərbi birləşmələrinin generalı bildirib ki, azad olunanlar arasında qadın, uşaq, qoca və psixi xəstələr var.

Kürd siyasətçi Zaman Cabbarinin məlumatına əsasən, əsirləri İraqın şimalındakı Ninive vilayətindən Kərkük şəhərinə gətirərək azad ediblər.

Qeyd edək ki, dünən İŞİD yaraqlılarının iki İraq kəndindən 170 insan qaçırdığı xəbər verilmişdi. Hücum həmin kəndlərin sakinlərinin bir neçə İŞİD bayrağı yandırdıqdan sonra baş vermişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR