.

Karantin sərtləşdikcə qiymətdə "yumşalan" qızıl - TƏLƏBAT AZALIB

Son 3 ayda dünya bazarlarında qızılın qiymətində bahalaşma olub və qızılın 1 unsiyası (31 qramı) 1400 dollardan 1700 dollaradək qalxıb.

Metbuat.az xəbər verir ki, son aylarda dünyada qızılın qiymətində kəskin bahalaşma müşahidə edilir. Koronavirus pandemiyası dövründə qızıl dünyada investorlar üçün ən etibarlı alətə çevrilib. Amma digər tərəfdən, pandemiya dövründə məhdudiyyətlərin tətbiqi qızıla olan tələbatı azaldıb. Bir müddətdir ki, Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində toy məclislərinin keçirilməsinə qadağa qoyulub. Bu da qızıla olan tələbatı azaldıb. Bəs ölkədə qızılın qiymətində dəyişiklik gözlənilirm Daşkəsən rayonunda yerləşən Çovdar qızıl və gümüş yatağı, arxiv şəkli

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan bazarında qızılın qiymətinin formalaşmasında iki əsas faktor var:

"Birincisi xam qızılın maya dəyəri, ikincisi isə qızıla olan tələbdir. Xam qızılın qiyməti ilə zinət əşyası kimi satılan qızılın qiyməti arasında kəskin fərqlər olur. Son dövrlərdə, xüsusilə pandemiya dövründə dünya bazarında qızılın qiyməti əhəmiyyətli səviyyədə artıb. Digər istiqamətlərdə risklər artdığı üçün investorlar qızıla yönəlirlər. Azərbaycanda pandemiya ilə bağlı məhdudiyyətlərin tətbiq olunması zərgərlik məhsullarına tələbi azaldıb və bu da qiymətin aşağı düşməsinə şərait yaradır. Amma digər tərəfdən isə qızılın maya dəyərinin artması qiymətin bahalaşmasına şərait yaradır. Ona görə də bazarda qiymətlər bu iki istiqamətin ortasında formalaşır".

İqtisadçı əlavə edib ki, ola bilsin, iqtisadiyyatın mərhələli şəkildə artırılması dünya bazarında qızılın maya dəyərinin ucuzlaşmasına gətirib çıxarsın və bu, gözləniləndir.

Böyük ehtimal ilin sonunadək qızılın qiyməti aşağı düşəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR