.

Təbiətə zərər vuranlarla bağlı prokurorluqda cinayət işi başlandı

Şəki şəhəri, M.Ş.Həmidov küçəsində ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəki rayon prokurorluğuna daxil olmuş material araşdırılıb.

Bu barədə Metbuat.az-a Şəki rayon prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla qabaqcadan əlbir olan bir qrup şəxsin qanunsuz olaraq müxtəlif diametrlərdə olan köküstə yaş şam və cökə cinsinə məxsus ağacları dib köklərindən kəsərək təbiətə 3 800 manat məbləğində xeyli miqdarda zərər vurmalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış material üzrə Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ağac kəsmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi istintaqın davam etdirilməsi üçün rayon Polis Şöbəsinin İstintaq Bölməsinə göndərilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR