.

Azərbaycanda nazirliyin 7 əməkdaşı koronavirusa yoluxdu - Şöbə bağlandı / RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) Qobustan şöbəsinin 7 əməkdaşı koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı məlumat verib.

Onun sözlərinə görə, şöbənin rəhbəri İrşad Həsənov və 6 əməkdaşında koronavirus (COVİD-19) testinin nəticələri pozitiv çıxıb:

"Hazırda əməkdaşlarımızın vəziyyətləri stabildir, müalicələri davam etdirilir, səhhətlərində ağırlaşma yoxdur. Şöbədə COVİD-19-a qarşı dezinfeksiya işləri həyata keçirilib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR