İran Qasım Süleymaninin ölümündə əli olan şəxsi edam edəcək

İranda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), həmçinin İsrailin kəşfiyyat qurumu olan MOSSAD-a işlədiyi və iranlı general Qasım Süleymaninin suiqəsdində ABŞ-a məlumat ötürdüyü iddia edilən şəxs barəsində edam hökmü çıxarılıb.

Metbuat.az “Haber Türk”ə istinadən xəbər verir ki, bunu İran məhkəməsinin nümayəndəsi Qulamhüseyn İsmaili deyib.

“MKİ və MOSSAD-ın agenti olan Mahmud Musəvi-Məcidə ölüm cəzası verilib. O, şəhid Süleymaninin harada olduğu məlumatını düşmənə vermişdi”, - o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR