.

İranda son sutkada koronavirusdan 74 nəfər öldü

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 74 nəfər vəfat edib.

Metbuat.az bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 8425 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2095 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 175927 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 138457 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2639 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Mənbə: İRNA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR