.

Azərbaycanda ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı artır - AÇIQLAMA

“Ölkədə koronavirusdan dünyasını dəyişənlərin sayı artmağa davam edir”.

Metbuat.az xəbər verir ki, bu sözləri İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Azərbaycanda ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı artmaqdadır:

“Bu gün Azərbaycanda 150-yə yaxın ağır vəziyyətdə olan COVID-19 xəstəsi var. Bu rəqəmlər günbəgün artmağa davam edir. Süni tənəffüs aparatlarına qoşulan 20-25 xəstə var. Aprelin sonu mayın əvvəlində süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 8 olub. Əlavə oksigen terapiyası aparılan pasiyentlərin də sayı artır.

Hazırda ölkədə aktiv koronavirus xəstələrinin sayı 3406-dır. Onların əksəriyyəti xəstəliyi yüngül keçirsə də, ağır və orta ağır vəziyyətdə olan xəstələrin sayı da az deyil. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələrdə virusa yoluxma faktlarının artdığını təsdiq edib. Təəssüf ki, mövcud vəziyyət ürəkaçan deyil. Digər ölkələrlə müqayisədə yenə də Azərbaycanda qeydə alınan yoluxma və ölüm faktları nisbətən azdır”. (oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR