Prezident İlham Əliyev Portuqaliya Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Marselu Rebelu di Souzamı bu ölkənin milli bayramı münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Portuqaliya xalqına daim rifah diləyirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR