"Yoluxanların və ölənlərin sayı sürətlə artır" -

"Son 10 gündə koronavirusa yeni yoluxanlarla sağalanlar arasında dinamikada fərq arzuolunan səviyyədə deyil".

Metbuat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, vəfat edənlərin və ağır halların sayının artması müşahidə edilir.

“25-31 may tarixində 1273 nəfər koronavirusa yoluxub, 821 nəfər sağalıb, 14 nəfər vəfat edib. Yoluxanların sayı sağalanların sayından çoxdur. 1-7 iyunda yeni yoluxanların sayı 2059 nəfər, sağalanların sayı isə 721 nəfər olub. Ölənlərin sayı 25 nəfərə çatıb. Yoluxanların sayı sürətlə artır. Paralel olaraq vəziyyəti ağır olan və ölənlərin də sayı sürətlə artır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR