"Dərmanları öncədən alın!" -

Qərarda onlayn televiziya əməkdaşlarının işə gəlməsinə icazə verilmir.

Metbuat.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, qərarda televiziya və radio yayımlarının, kabel televiziyalarının fəaliyyətinə icazə verilib.

“Cəmi 2 gündür. Situasiyanın diktəsindən irəli gələn zərurətdir. Növbəti həftədən öz fəaliyyətini davam etdirərlər”.

TƏBİB sədri Ramin Bayramlı isə bildirib ki, növbətçi apteklər sərt karantin rejimində işləməyəcək.

“Hər kəs xroniki xəstəliyini bilir. Həmin dərmanları əvvəlcədən əldə etsinlər, ağrıkəsicilər, qızdırmasalıcılar hər kəsin evində olur. Ötən həftə bununla bağlı ciddi problem yaşamadıq. Bununla bağlı təcrübəmiz var. Hər hansı müraciət olarsa, təcili yardım xidməti sui-istifadə halına yol vermədən öz dəstəyini verəcək”.

Qeyd edək ki, Azərbaycanda COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR