Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra karantinin yumşaldılması prosesində alınan yeni qərarları açıqlayıb.
Metbuat.az xəbər verir ki, yeni qərarlara əsasən restoran, kafe və qiraətxanaların bağlanma saatı 22:00-dan 24:00-dək uzadılıb.
Kinoteatr, teatr və şou mərkəzləri iyulun 1-dən fəaliyyətə başlayacaq. 65 yaşdan yuxarı vətəndaşlar isə həftənin bütün günləri saat 10:00-dan 20:00-dək küçəyə çıxa biləcəklər.
Bundan başqa 18 yaşdan aşağı şəxslər üçün qadağa yalnız valideyn himayəsində çölə çıxmaq şərti ilə aradan götürülür.
Milli parklar və təbii parklar 18 yaşdan kişi və 65 yaşdan böyük şəxslər üçün ödənişsiz olacaq.
Nikah zalları 15 iyundan, toy zalları isə 1 iyuldan etibarən fəaliyyətə başlayacaq.