.

Azərbaycanda koronavirusa görə daha bir xəstəxana bağlandı - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı hər gün artmaqdadır.

Metbuat.az qazet.az-a istinadən xəbərinə görə, bu günə qədər 8 191 nəfərdə koronavirus aşkarlanıb. Hazırda isə 3 487 aktiv xəstə müalicəsini xüsusi rejimli xəstəxanalarda davam etdirir.

Xəstə sayının çoxalması isə xəstəxanalara təlabatı artırır.

Gömrük Hospitalından verilən məlumata görə, hospital sabahdan etibarən fəaliyyətini dayandıracaq.

“Sabahdan etibarən hospital fəaliyyətini dayandırır. Səbəb isə koronavirusla bağlıdır. Yanlız COVID-19 xəstələrini qəbul edəcəyik”, – deyə hospitaldan bildirilib.

TƏBİB-in sözçüsü Rəvanə Əliyeva isə bildirib ki, xəstəxanalarla bağlı ölkədə ciddi çatışmazlıq hələ ki, yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR