FIFA dünya çempionatına ev sahibliyi üçün namizədləri açıqlayıb

FIFA 2023-cü ildə keçiriləcək qadınlar arasındakı dünya çempionatına ev sahibliyi üçün namizədləri açıqlayıb.

Metbuat.az report-a istinadən xəbər verir ki, mundiala AvstraliyaYeni Zelandiya birlikdə təşkilatçılıq etmək niyyətindədir.

Bunlardan əlavə, KolumbiyaYaponiya da yarışı keçirməyə iddialıdır. Ali futbol qurumu Braziliya Futbol Konfederasiyasının dünya çempionatına ev sahibliyi üçün müraciətini geri götürdüyünü təsdiqləyib.

Qeyd edək ki, DÇ-2023-ün ev sahibi iyunun 25-də səsvermə yolu ilə bəlli olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR