.

Sumqayıtda avtomobil yandı - ANBAAN GÖRÜNTÜLƏR

Sumqayıtda avtomobil yanıb.

Metbuat.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" markalı avtomobil qəfildən yanmağa başlayıb. Avtomobilin sürücüsü və ətrafdakılar yanğını söndürməyə cəhd etsələr də, bu, mümkün olmayıb.

Əraziyə Sumqayıt Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən alov söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR