.

Avtobuslarda kondisionerlər nə vaxt işləyəcək? - VİDEO

Havanın tempraturunun artması ilə ictimai nəqliyyatda da nəfəs almaq çətinləşir, xüsusilə də bu problem özünü tibbi maska taxarkən daha qabarıq göstərir. Bu baxımdan avtobuslarda kondisionerin işləməməsi insanların haqlı narazıçlığına səbəb olub.

Metbuat.az xəbər verir ki, əsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən Baku.Tv-ə verilən məlumata görə, məhdudiyyət TƏBİB-in tövsiyəsinə əsasən qoyulub. Avtobuslardakı sərinləndirmə sistemləri havanı daxildə dövr etdirdiyindən onların işə salınmasına icazə verilmir.

“Bütün bunlara baxmayaraq, avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır. Buna qədər isə avtobuslarda pəncərələri açıq saxlamaqla təbii havalandırmanın təmin olunması ilə bağlı göstəriş verilib. “ – BNA sözçüsü Mais Ağayev

Ötən gün Təbib sədri Ramin Bayramlı da bildirib ki, hazırda avtobuslarda kondissionerlərin işləməsinə icazə verilməsi ilə bağlı müzakirələr aparılır. Həmin müddətə qədər isə sərnişinlərdən məsələlərə anlayışla yanaşmaları xahiş olunur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR