Azərbaycanda daha 339 nəfər koronavirusa yoluxdu: 114 nəfər sağaldı, 4 nəfər öldü

Azərbaycanda 339 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 8 530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3 708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 356 032 test aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR