Məhkəmə Qiyas İbrahimovla bağlı QƏRAR VERDİ

İctimai fəal Qiyas İbrahimov cərimələnib.

Metbuat.az xəbər verir ki, Nizami rayon Məhkəməsi Q.İbrahimovun 50 manat cərimə olunmasına dair qərar çıxarıb.

Xatırladaq ki, Q.İbrahimov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxt sakini Qiyas İbrahimov iyunun 9-da saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltmək qanunsuz çağırışlar edib. Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. Polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində o xilas edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR