Nərgiz Cəlilovanın görün neçə yaşı var imiş? - Eşidənlər inanmır

Tanınmış aparıcı Nərgiz Cəlilovanın bu gün 60 yaşı tamam olur.

Metbuat.az xəbər verir ki, yubiley münasibətilə aparıcını tanınmış sənət adamları və yaxın dostları instaqramda təbrik edib. Həmişə nikbin səsi və gözəl təbəssümü ilə tamaşaçılara xoş ovqat ötürən aparıcının doğum günü təəssüratlarını öyrənmək üçün özü ilə əlaqə saxladıq. Doğum günü haqqında danışmağı sevmədiyini deyən N.Cəlilova yubileyini xüsusi təmtəraqla keçirməyəcəyini bildirdi:

"Allahın bəxş etdiyi ömrü yaşayıram və şükür edirəm ki, mənə bu taleyi yazıb. Nə deyə bilərəm ki? Bu barədə danışmaq istəmirəm, utanıram, bir qədər pis oluram. Təbrik edən hər kəsə təşəkkür edirəm". (publika.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR