​"Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv olunub

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv olunub.

Metbuat.az xəbər verir ki, bu qərar tezliklə rəsmən açıqlanacaq. Məsələ ilə əlaqədar bütün müvafiq əməkdaşlar məlumatlandırılıb.

Azərbaycanla yanaşı, Sinqapurdakı şəhər trası mərhələsi, eləcə də Yaponiya Qran-prisi də ləğv ediləcək. Lakin Rusiya, Vyetnam, ABŞ, Meksika, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki Qran-prilər reallaşacaq.

"Formula 1" rəhbərliyi bu mövsüm ən azı 15 yarış təşkil etməyi düşünür.

Qeyd edək ki, "Formula 1" üzrə dünya çempionatında ilk 8 Qran-prinin təqvim açıqlanıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, NiderlandFransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR