Mingəçevirdə mağazadan oğurluq edən şəxs saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Metbuat.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mağazaya qanunsuz daxil olaraq oradan notbuku oğurlayan şəxsin Fərid Şərifli olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Aparılmış araşdırmalarla F.Şəriflinin daha bir evdən oğurluğa cəhd etdiyi də məlum olub. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR