COVİD-19 virusu mutasiyaya uğrayır? -

Son günlər covid-19 virusunun mutasiyaya uğrayıb-uğramaması ilə bağlı müxtəlif fikirlər səslənir.

Metbuat.az xəbər verir ki, bir neçə gün əvvəl ÜST-ün COVİD-19 üzrə baş sözçüsü Tarik Jasareviç bildirmişdi ki, indiyədək virusun özündə heç bir dəyişiklik görülməyib.

Virus insan orqanizminə adaptasiya olur və bu adaptasiya elə gedir ki, əksər hallarda orqanizmə az zərər vurur. Virus daşıyıcını öldürmək marağında deyil.

Çünki daşıyıcını öldürəcəyi təqdirdə oradan başqa yerə gedə bilməyəcək. Hələlik heç bir mutasiyadan söhbət gedə bilməz.

Ancaq ötən gün TƏBİB sədri Ramin Bayramlı isə virusun insandan insana keçdikcə mutasiyaya uğradığını bildirib.

Mövzu ilə bağlı ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə deyir ki, dünyanın müxtəlif yerlərində laboratoriyalarda virus araşdırılır.

Hələ ki əldə olunan nəticəyə görə, virus kiçik mutasiyaya uğrasa belə, bu, öldürücü xarakter daşımır.

“Bütün viruslar araşdırılır, həmçinin koronavirus da. Biz kiçicik mutasiyalar görürük, amma bunlar elə də ciddi təsir etmir.

Virusla bağlı çox şey hələ bilinmir. Hələ də onu deyə bilərik ki, koronavirus 20 faiz xəstəni daha da ağırlaşdırır”, - deyə Hande Harmancı bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR