Azərbaycanda 4,1 ton narkotik aşkar edilərək məhv edilib

Azərbaycanda külli miqdarda narkotik vasitə məhv edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Metbuat.az-averilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Əlibəyli kəndi ərazisində yabanı halda bitmiş çəkisi 2,8 ton olan 7 850 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən isə Tovuz rayonunun Düzqırıqlı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,3 ton olan 2 628 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR