Azərbaycanda "Son zəng" bu tarixdə keçiriləcək -

Azərbaycanda ilk dəfə məzunlar üçün virtual “Son zəng” keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

Məzun günündə bütün bölgələrin məzunları ilə birlikdə Dövlət himni oxunacaq.

Eyni zamanda son 3 ayda Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən teledərslərdə iştirak edən müəllimlər “Azərbaycanım” mahnısı ifa edəcək.

Virtual “Son zəng” verilişi iyunun 12-si saat 12.30-da “Mədəniyyət” və “ARB Günəş” telekanallarından canlı yayımlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR