.

Sabahdan teledərslər yeni formatda başlayır

Sabahdan - iyunun 12-dən “Mədəniyyət” telekanalında teledərslərin yeni formatda yayımına başlanılır.

Metbuat.az xəbər verir ki, əhsil Nazirliyindən verilən məlumata görə, teledərslər "İnteqrativ dərslər” formatında təqdim olunacaq.

Dərslər həftəiçi hər gün saat 09:30-dan 12:00-dək yayımlanacaq.

Qeyd edək ki, COVID -19 pandemiyası ilə əlaqədar ümumi təhsil müəssisələrinin şagirdləri üçün martın 11-dən etibarən yayımlanan “Dərs vaxtı” proqramı bu gün yekunlaşıb. Bu proqram vasitəsilə ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olunub. Tədris ilinin sonunadək təqdim edilən teledərslərin ümumi sayı 2 124 təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR