.

Bir nəfəri də işdən azad etməmişik - AZAL

“Prezident İlham Əliyevin Azərbaycan mülki aviasiyasına olan xüsusi diqqətini nəzərə alaraq “Azərbaycan Hava Yolları”na bəlli maliyyə dəstəyi göstərilir”.

Metbuat.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev deyib.

“Bu gün çoxsaylı əməkdaşlarımız, o cümlədən yüksək ixtisaslı pilotlarımız, mühəndislərimiz maaşlarını, məvaciblərini vaxtlı-vaxtında alırlar. Başqa ölkələrdəki hava yolları şirkətlərindən fərqli olaraq, biz bir nəfər də olsun işçimizi, mütəxəssisimizi ixtisara salmamışıq”, - deyə AZAL-ın vitse-prezidenti vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR