.

Baş prokuror Litva səfiri ilə görüşüb

İyunun 11-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Litva Respublikasının ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Eqidiyus Navikasla görüşüb.

Bu barədə Metbuat.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qonaqları səmimi salamlayan Baş prokuror ilk növbədə, hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, mütərəqqi normativ-hüquqi bazanın yaradılması, yeni informasiya texnologiyalarının tətbiqinə əsaslanan qabaqcıl təcrübənin tətbiq olunması, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan köklü kadr və struktur islahatlarının reallaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində aparılan tədbirlərdən danışan Baş prokuror Avropa İttifaqının Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdikləri tədbirləri alqışladığını və Litva Respublikasının hüquq mühafizə orqanları ilə mövcud səmərəli ikitərəfli hüquqi əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Görüşdə 2009-2011-ci illər ərzində Avropa İttifaqının “Twining” layihəsi çərçivəsində Litvanın Xüsusi İstintaq İdarəsi və Azərbaycan Prokurorluğu arasında “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəstək” layihəsini xatırladan Kamran Əliyev “Twining” layihəsi çərçivəsində əməkdaşlığın Avropa strukturlarına inteqrasiya istiqamətində mühüm nəticələrin əldə olunmasında əhəmiyyətli rol oynadığını xüsusi vurğulayıb. Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Edigiyus Navikas ikitərəfli münasibətlərə toxunaraq, təmsil etdiyi ölkənin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişaf etdiyini qeyd etmişdir. Səfir ölkələrimizin prokurorluq orqanları arasında faydalı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR