Ermənistanda fövqəladə vəziyyət uzadıldı

Ermənistan Nazirlər Kabineti sabahkı növbədənkənar iclasında COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir ay uzadacaq.

Metbuat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, fövqəladə vəziyyəti zəruri edən səbəblər hələ də aradan qaldırılmayıb.

Xatırladaq ki, Ermənistanda koronavirusa qarşı mübarizə məqsədilə 16 mart-13 iyun tarixlərini əhatə edən fövqəladə vəziyyət elan edilmişdi. İndiyədək bu ölkədə koronavirusa 14 669 yoluxma halı qeydə alınıb, 245 nəfər ölüb, 5 466 nəfər sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR