Teymur Mustafayev oğlunun məzarı yanında torpağa tapşırılacaq

Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayev sabah - iyunun 12-də dəfn olunacaq.

Metbuat.az xəbər verir ki, T.Mustafayevin cənazəsi doğulduğu Cəlilabad rayonunun Alar kəndinə aparılacaq.

Onun evində vida mərasimi keçiriləcək. Vida mərasimindən sonra T.Mustafayevin cənazəsi kənd qəbiristanlığına torpağa tapşırılacaq.

Qeyd edək ki, T. Mustafayev iyunun 11-də ömrünün 82-ci ilində vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, 04.06.2020-ci il tarixində "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu təcili tibbi yardım maşını ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, kəskin tənəffüs çatışmazlığı, ağciyər-ürək çatışmazlığı, şəkərli diabet II tip ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə daxil olub.Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatışmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq süni ventilyasiya aparatına qoşulub. Həkim infeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb.

Həkimlərin səyinə baxmayaraq, 11.06.2020-ci il tarixdə 15:30-da bioloji ölüm qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR