TƏBİB yeni məlumat yaydı – SON DƏQİQƏ

Azərbaycanda koronavirusla bağlı 11 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 6622 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 362 654-a çatıb.

Reanimasiyada olan xəstə sayı 127, süni tənəffüs cihazında olan xəstə sayı 22-dir.

Hazırkı dövrədək ölkəmizdə 8882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 4930 nəfər müalicə olunaraq sağalıb, 108 nəfər vəfat edib. Aktiv xəstə sayı 3844 nəfərdir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR