.

Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO

Azərbaycanda daha bir həkim koronavirus səbəbindən dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə endokrinoloq Yeganə Muradova məlumat verib.

O, sosial media hesabında paylaşım edərək, travmatoloq Mehman Hüseynovun koronavirus qurbanı olduğunu bildirib:

"Virusa inanmıram deyənlər, biz bu gün tələbə yoldaşımızı, kolleqamızı itirdik. Son ana qədər inanırdıq ki, o, sağalacaq. Allah rəhmət eləsin. Allah ailəsinə səbr versin".(publika.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR