.

Bu ölkədə bir sutkada 10 min insan virusa yoluxdu, 396 nəfər öldü

Hindistanda bir sutkada 10900 nəfər koronavirusa yoluxub, 396 nəfər dünyasını dəyişib.

Metbuat.az bildirir ki, ölkədə virusa yoluxanların sayı 297535-ə çatıb. Bununla da Hindistan koronavirusa yoluxanların sayına görə Böyük Britaniya, İtaliya və İspaniyadan sonra 4-cü yerə çıxıb.

Hazırda bu ölkədə 141 842 insan virusa görə müalicə alır, 147 194 nəfər sağalıb, 8498 nəfər dünyasını dəyişib.

Mənbə: Haberler.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR