Rusiyada COVID-19-a yoluxanların sayı 511 mini ötüb

Rusiyada son sutka ərzində daha 8 987 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Metbuat.az bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 511 423 nəfərə çatıb. Son sutka ərzində 183 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 6 715 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 269 370 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

Mənbə: Ria Novosti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR