​“AZƏRİQAZ” İB GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNDƏ İŞLƏYƏCƏK

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 iyun 2020-ci il tarixli qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək məhdudiyyətlər tətbiq ediləcək. Bir çox sahələrdə fəaliyyət dayandırılsa da, kommunal xidmətlər, o cümlədən qaz təsərrüfatı istisna edilən sahələrdəndir. “Azəriqaz” İstehsalat Birliyi abonentlərinin nəzərinə çatdırır ki, 14 və 16 iyun tarixlərində hər hansı bir problemlə üzləşərlərsə, Birliyin 104/185 saylı “Çağrı Mərkəzi”nə zəng etsinlər. Eyni zamanda (+994 77) 3 104 104 "Whatsapp" nömrəsinə səsli, görüntülü və yaxud yazılı mesajlarını göndərsinlər. Birlik sərt karantin rejiminin tətbiq olunduğu günlərdə məhdud sayda işçilərlə fəaliyyət göstərməsinə baxmayaraq, çalışacaq ki, müraciətlərin icrasını vaxtında və qüsursuz təmin etsin.

Metbuat.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi olaraq smart-kart tipli sayğaclardan istifadə edən abonentlərimizdən xahiş edirik ki, sayğaclarının istifadə olunmayan qalıq qaz həcmini nəzərdən keçirsinlər. Əgər iki gün sərt karantin vaxtında bu qalıq qaz həcmi onların təlabatını ödəməyəcəksə, mütləq 14 iyun tarixinə qədər balansı artırsınlar. Çünki 14 və 16 iyun tarixlərində hər hansı ödəniş məntəqəsi işləməyəcək və bu halda qazsız qalmanız qaçılmazdır.

Qeyd edək ki, ötən həftə əvvəlcədən xəbərdarlıq etməyimizə baxmayaraq, iyunun 6-sı və 7-də belə hallar müşahidə edilmişdir. Ona görə də smart-kart tipli sayğaclardan istifadə edən abonentlərimizə tədbirli davranmalarını tövsiyyə edirik. Bunun üçün smart-kartlarına müəyyən qədər ehtiyat məbləğ yükləmələri məsləhət görülür. Eyni zamanda kart oxuyucu (card-reader) cihazı olan abonentlər asanlıqla onlayn ödəmə portalları vasitəsilə ödənişi həyata keçirə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR