Onlayn son zəngdə göz yaşlarını saxlaya bilməyən müəllimlər -

Qurduqları xəyallar tamam başqa olan 11-ciləri belə görmək çox təsirli idi. Ancaq 11 il dərs deyib, bu gün isə övladları qədər əziz olan şagirdlərinə sarıla bilməyən müəllimlərin vəziyyəti isə daha üzücü idi.

Metbuat.az Baku.Tv-yə istinadən xəbər verir ki, söhbət bu gün Azərbaycanda ilk dəfə keçirilən onlayn son zəng tədbirindən gedir. Məhdud sayda müəllim və 11-cilər məktəbdə toplaşdılar. Digərləri isə son zəng tədbirinə online qoşulublar. İlk dəfə qarşılaşdığımız mənzərə maraqlı görüntülərlə yadda qaldı.

“Biz fərqlənmək, yadda qalmaq istəyirdik, amma bu cür hadisə ilə yox”- deyən məzunlar, əgər əvvəllər gələcək təhsil həyatları ilə bağlı arzularını bildirirdisə, bu il artıq arzular da dəyişib. “Təki heç bir məzun məktəblə bu cür sağollaşmasın” deyirlər

Bəli, bu il yəqin nəinki, onların, yaxşı və pis hadisələri ilə hər kəsin yaddaşına yazılacaq. Ancaq əziz sagirdlər məzun gününü möhtəşəm keçirmək hər şeyin yaxşı olacağı demək deyil. Əsas odur gələcək günləriniz, həm də günlərimiz gözəl olsun.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR