Etibarnamə ilə avtomobil sürənlər sərt karantin günlərində nə etməlidir? -

İcazəsi olan şəxs etibarnamə ilə avtomobil idarə edirsə, sərt karantin günlərində də həmin avtomobili idarə edə bilər.

Metbuat.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, qanunvericiliyə görə, şəxs etibarnaməsi olan avtomobili idarə edə bilər: "Həmin şəxs idarə etdiyi avtomobili icaze-e.gov.az saytında qeydiyyatdan keçirməlidir. Əgər avtomobil şəxsin öz adınadırsa, amma sürücülük hüququ yoxdursa, həmin şəxs avtomobil idarə edə bilməz. Belə bir fakt aşkarlanarsa, bu, karantin qaydalarının pozulması hesab ediləcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR