Bu rayonlara sərt karantin zamanı giriş-çıxış qadağandır - RƏSMİ

Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarına giriş-çıxış yalnız 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək, yəni sərtləşdirilmiş xüsusi karantin günlərində qadağandır.

Metbuat.az xəbər verir ki, bunu APA-ya Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K. Əliyev deyib ki, yoluxma səviyyəsinin yüksək olduğu üçün narıncı zonaya daxil edilmiş Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış isə ümumiyyətlə qadağandır: “İki günlük sərtləşdirilmiş xüsusi karantin rejimi bitəndən sonra Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarına giriş-çıxışa qadağa yoxdur, girin-çıxış sərbəst olacaq. Qadağa konkret bu iki günə aiddir. Ehtiyac olsa, hökumət bu barədə əlavə qərar verəcək. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda isə iki günlük sərtləşdirilmiş karantin rejimi bitdikdən sonra da onların inzibati ərazilərinə giriş-çıxışa qadağa karantin rejiminin sonuna, yəni iyulun 1-dək qüvvədədir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR