.

Karantin günlərində 103-ə düşə bilməsəz, bura yığın - Yeni qaynar xətt

“Təcili yardımın, kommunal xidmətlərin (işıq, su, qaz, lift xidmətləri) qaynar xətlərinə müraciət etməkdə çətinlik çəkənlər üçün və digər zəruri təxirəsalınmaz hallarla bağlı vətəndaşlar 108 “Çağrı Mərkəzi”nə zəng vurmaqla zəruri xidmət sahələri ilə əlaqələndiriləcəklər.

Metbuat.az xəbər verir ki, bunu “ASAN Xidmət”in sədri Ülvi Mehdiyev deyib.

O, bunu misallarla izah edib:

“Hər hansı bir sayğac bloka düşərsə, yaxud balans artırılmasına ehtiyac olarsa həmin qurumların qaynar xəttinə düşə bilməsələr, 108-ə zəng edə bilərlər. Bu qayda 103-ə də aiddir. Təcili Tibbi Yardım xidmətinə düşə bilməyən şəxs də 108-ə zəng edə bilər. Bütün müraciətlər qeydə alınıb aidiyyəti qurumların müvafiq əməkdaşlarına yönləndiriləcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR