Son zəngi bulvarda tənha keçirən məzun - VİDEO

Nə koronavirus, nə də karantin qaydaları onun əsl məzun kimi görünmək arzusuna mane oldu.

Metbuat.az xəbər verir ki, maraqlı məqam Dənizkənarı milli parkda qeydə alınıb.

Nərmin deyir ki, səhər sinif yoldaşları ilə onlayn son zəngə qoşulduqdan sonra məzun gününü qeyd etmək üçün bulvara gəlib.

“Təşəkkür edirəm ki, heç olmasa onlayn da olsa, qeyd etməyə imkan yaratdılar. Ümid edirəm ki, gələn il məzunlar son zəngi normal qeyd edə bilərlər”, – deyə, Nərmin qeyd edib.

Nərmin 271 nömrəli məktəbin məzunudur. Onu bu gündə tək qoymayan isə anasıdır. Qızının bu arzusunu reallaşdıran ana da vəziyyətlə barışıb. Deyir, əlimdən gələn onunla əsl məzun kimi şəhərdə gəzməkdir.

Qeyd edək ki, bu gün orta məktəbləri bitirən şagirdlər üçün virtual “Son zəng” keçirilib. Məzunlar üçün son zəngi ötən illərdən fərqli olaraq, Təhsil naziri Ceyhun Bayramov çalıb.(Baku.tv)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR