.

"Yuventus" rekordunu yeniləndi

"Yuventus" rekordunu yeniləyib.

Metbuat.az apasport-a istinadən xəbər verir ki, Turin klubu İtaliya kubokunda finala vəsiqə qazanmaqla buna nail olub.

Yarımfinal mərhələsində "Milan"ı üstələyən (1:1, 0:0) "qoca sinyora" 19-cu dəfə həlledici qarşılaşmada iştirak etmək hüququ əldə edib. Bununla komanda 2017-ci ildə ələ keçirdiyi özünəməxsus rekordu yeniləyib. İtaliya kubokunda "Roma" 17, "Milan" isə 14 dəfə finalda oynamaq imkanı yaxalayıb.

Qeyd edək ki, "Yuventus" finalda "Napoli" ilə "İnter" arasında bu gün keçiriləcək yarımfinal mərhələsinin cavab görüşünün qalibi ilə üz-üzə gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

--> -->