Narkotik vasitə aşkarlanan Kürdəmir sakini saxlanıldı

Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) Sığırlı kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Əzizov Fəqan Əlqiyas oğlunun xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə əldə etməsi barədə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Əzizov Sığırlı kəndində olarkən saxlanılıb və RPŞ-yə gətirilib.

Onun üzərinə keçirilən baxış zamanı 1 ədəd metal siqaret qabının içərisində 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,140 qram və 0,253 qram ümumi çəkisi 0,393 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin götürülüb.

Eyni zamanda 1 ədəd bükümdə təmiz çəkisi 0,668 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və 1 ədəd bükümdə təmiz çəkisi 0,37 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülüb.

F.Əzizov dindirmə zamanı öz cinayət əməlini etiraf edib.

Hazırda faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR