.

Bakıdan rayonlara getmək istəyənlər tıxac yaratdı - Saxlanılanlar var

Bakı, Sumqayıt və Abşeronda sabahdan tədbiq ediləcək sərtləşdirilmiş karantin günlərində paytaxtı tərk etmək istəyənlərin sayı artıb.

Metbuat.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, əvəvlcədən edilən xəbərdarlıqlara baxmayaraq çıxış istiqamətlərində bu gün səhərdən yenidən sıxlıq yaşanmağa başlanılıb.

"Biz bir neçə gün öncədən elan etmişdik ki, Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan şəxlsərin çıxışına icazə verilməyəcək, onlar geri qaytarılacaqlar. Ancaq bəziləri icazə portalında adlarının yerləşdirilməsindən istifadə edərək bu qaydaları pozmağa çalışırlar. Ancaq unutmasınlar ki, bu portalda adları qeyd edilənlərin hərəkət icazəsi saat 00:00-dan sonra başlayacaq və ancaq sərt karantin günlərində hərəkətlərinə icazə veriləcək.

Bu da ancaq xidmət yerindən verilən ezamiyyət vərəqələri olacaq. BUndan başqa vərəqlərdə konkret müddət də göstərilməlidir".

DYP rəsmisinin sözlərinə görə, artıq başqa yollarla paytaxtdan çıxmaq istəyən bir neçə sürücü saxlanılıb və onların barəsində protokol tərtib edilərək, məhkəməyə göndərilib.

"İki gün rayonlara üz tutmaq istəyənlər unutmasınlar ki, bu əməlləri onları inzibati cəzalarla üz-üzə qoya bilər".

K.Əliyev rayon qeydiyyatında olan şəxslər barədə də açıqlama verib. Onun sözlərinə görə, belə şəxslər paytaxtdan çıxa bilərlər. Ancaq karantin rejimi iyulun 1-dək uzadıldığından geri qayıda bilməyəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR