.

Şəki Dövlət Dram Teatrı məşqlərini pandemiya dövründə də öz işini davam etdirir

Şəki Dövlət Dram Teatrı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tövsiyə etdiyi maska istifadəsi və sosial məsafə nəzərə alınmaqla pandemiya dövründə də öz işini davam etdirib.Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin müddətində onlayn qaydada aparılan məşqlər, artıq teatr səhnəsində davam etdirilir. Teatr Karantin müddətində ölkədə və dünyada hökm sürən mövcud vəziyyət səbəbi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tövsiyələri ilə ilk növbədə bu ilki repertuarında qismən dəyişiklik edib. Kütləvi səhnələrə malik əsərlər daha az saylı aktyor heyətinə malik əsərlərlə əvəzlənib.

Hazırda teatrda baş rejissor, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimlinin quruluş verdiyi Stanislav Stratiyevin "Avtobus" komediyasının məşqləri gedir Fransız yazıçısı və kinorejissoru Jan Koktonun “İnsan səsi” monopyesi əsasında hazırlanan monotamaşa isə tam hazırdır.

Tənha qadının faciəsi üzərində qurulan səhnə əsərinin əsas və yeganə qəhrəmanını canlandıran aktrisa Lalə Məmməddir. Əsər beş illik sevgilisindən ayrılan qadının həsrətlə onu həyata bağlayan zəngi gözləyməsindən bəhs edir. Və nəhayət o zəng gəlir. Amma hər şey heç də qadının gözlədiyi kimi olmur və o, sevgilisi ilə vidalaşmaq məcburiyytəində qalır. Müəllif əsərdə atılmış qadının sonsuz iztirablarını, uğursuz sevginin gətirdiyi intiharı təsvir edir. Canına qıymış qadının narahat ruhunun iki dünya arasındakı çaşqınlığı əks olunan əsərin sonunda narahat ruh nəhayət, öz yolunu tapır. Tamaşaya quruluş verən teatrın gənc rejissoru Əlisahib Cəlilovdur. Bu eyni zamanda onun ilk işidir. Səhnə işinin Musiqi tərtibatıçısı Zeynəb Orucova, Quruluşçu və geyim üzrə rəssamı Sahib Əhmədov,Xoreqrafı Çingiz Novruzəliyevdir.

Bir şeyi də xatırlatmaq yerinə düşər ki,teatr karantin günlərində onlayn tamaşa nümayişlərini davam etdirib. Teatrımız Şəkidə fəaliyyət göstərən “ ARB Şəki” və “Azərbaycan" televiziyalarıilə birgə əməkdaşlığı sayəsində bu tamaşalar həvəskar deyil, tam peşəkar qaydada lentə alınıb. Yəni, tamaşaçılar evdə qaldıqları müddətdə teatrın və Mədəniyyət Nazirliyininsəhifəsindəyayımlanantamaşaları keyfiyyətli şəkildə izləmə imkanı əldə ediblər.

2013-cü ildən fəaliyyət göstərən Şəki Dövlət Dram Tatrının rəsmi “facebook” səhifəsindəyerli və dünya dramaturqlarının ölümsüz əsərləri əsasında hazırlanan tamaşalar yer alıb.Təkcə aprel ayında tetarımızın sosial şəbəkələr vasitəsi ilə onlayn qaydada yayımladığı tamaşalar -J.B.Molyervə M.Bulqakovun“Xəstəlik xəstəsi” və ya “Yaşasın teatr”,H.Sayının“Davul səsi”,H. Tanerin“Və .... Dəyirman Dönərdi”, J.B.Molyerin“Aldadılmış ər”,S.Vurğunun “ Vaqif”,J.B.Molyerin“Xəsis”,İ.Əfəndiyevin“Sevgililərin cəhənnəmdə vüsalı”,H.Andersenin “Çılpaq kral”, və bir çox başqa səhnə əsərləri olub. May ayı müddətində isə repertuarımıza, yenə də xarici və yerli ədəbiyyatın misilsiz əsərləri əsasında ərsəyə gətirilmişA.Çixaidzenin“Çinari manifesti”, N. Dumbadzenin “Ağ bayraqlar” , B.Brextin “Arturo Uİ-nin Karyerası”, B.Vahabzadənin “Dar ağacı”, M.Kərimin “Ay tutulan gecə”, Ə.Haqverdiyevin“Pəri Cadu”, N.Cəfərovun“Buna da şükür” tamaşalarının onlayn nümayişi həyata keçirilir. Bunlardan əlavə teatrımızla bağlı xəbərlər və aktyorlarımızın şəxsi təşəbbüsü ilə hazırlanan qısa videoçarxlar da tamaşaçılar tərəfindən maraqla qarşılanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR