.

İranda son bir gündə koronavirusdan 71 nəfər öldü

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 71 nəfər vəfat edib.

Metbuat.az bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 8730 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2410 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 184 955 nəfərə çatıb. İndiyədək xəstəlikdən 146748 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2755 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Mənbə: İRNA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR