İranda son sutkada koronavirusdan 71 nəfər ölüb

İranda ötən gündən COVID-19 virusuna daha 2 410 nəfər yoluxub və 71 nəfər dünyasını dəyişib.

Metbuat.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Sima Sədət Lari məlumat verib.

O, yoluxanlardan 714 nəfərin xəstəxanalara yerləşdirildiyini qeyd edib.

Qeyd edək ki, İranda indiyədək koronavirusa 184 955 nəfər yoluxub, onlardan 146 748-i sağalıb. Hazırda 2 755 xəstə ağır vəziyyətdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR