"Keşlə"nin legioneri: "Yoluxmanın artması vəziyyəti əksinə dəyişdirdi"

YPE html PUBLIC "-//W3C//DTD HTML 4.0 Transitional//EN" "http://www.w3.org/TR/REC-html40/loose.dtd">

"Komanda bir araya gəlib, artıq məşqlərə başlamışıq. Bu ayın 21-də bərpa olunacaq çempionata hazırlaşırıq".

Metbuat.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin argentinalı futbolçusu Franko Flores ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan Premyer Liqasının bərpası barədə danışarkən deyib.

28 yaşlı müdafiəçi bildirib ki, ölkədə koronavirusa yoluxma hallarının artmasından sonra vəziyyət əksinə dəyişib:

"Düzdür, hələ də məşq edirik. Amma nə olacağını hələ bilmirik. Halbuki Türkmənistan, Ermənistan, Özbəkistan, Türkiyə kimi qonşu ölkələrdə çempioanatlar start götürüb. Demək olar ki, bütün Avropa futbolu bərpa edib. Ümid edirəm ki, eyni aqibəti biz də yaşayarıq".

Ötən həftə sonu Bakı da daxil olmaqla bəzi şəhərlərdə tətbiq olunan küçəyə çıxmaq qadağası ilə bağlı qərara toxunan təcrübəli oyunçu karantin rejiminin pozulmasına görə verilən cəzalardan da söz açıb.

Floresin sözlərinə görə, karantin rejiminin sərtləşdirilməsi hamının təəccübünə səbəb olub:

"Əslində qaydalar yumşaldılmışdı. Hər şey normal idi, ciddi problem yox idi. Şəhərin mərkəzindəki restoranlarda yemək yeyə bilirdik. Amma son günlərdə təqribən 350 yoluxma və 5 ölüm halı qeydə alındığından karantin sərtləşdirildi. Bu da başadüşüləndir".

Cənubi amerikalı futbolçu sonda uzun fasilədən sonra məşq etməyin çətin olduğunu vurğulayıb: "Bayaq da dediyim kimi, məşqlərə başlamışıq. Həftəsonu qadağası ilə bağlı klub futbolçuları bazada saxlamaq istədi ki, işimizi davam etdirək. Amma yekunda bizə istirahət verildi. Uzun müddətdən sonra futbola qayıtmaq xoşdur. Lakin məşqlər yorucudur, ayaqlarımız ağırlaşıb. Xoşbəxtlikdən zədə almamışıq".

Qeyd edək ki, Franko Flores cari mövsümün əvvəlindən "Keşlə"də çıxış edir.

<

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR