Bakı-Naxçıvan-Bakı reysinə biletlərin satışı dayandırıldı -

Ölkədə epidemioloji vəziyyətin davam etməsi ilə əlaqədar 7 iyuldan sonrakı tarixlərdə Bakıdan Naxçıvana və geri istiqamətdə reyslərə aviabiletlərin satışı AZAL aviaşirkətinin saytında müvəqqəti olaraq dayandırılır.

AZAL-dan Metbuat.az-a verilən məlumata görə, satışın açılması barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

7 iyul tarixinədək olan reyslərə alınan bütün aviabiletlər etibarlıdır, nəzərdə tutulan reyslər cədvəl üzrə yerinə yetiriləcək.

Xatırladaq ki, Naxçıvana və geri istiqamətdə uçuşlar 18 iyun tarixindən həftədə iki dəfə - ikinci və dördüncü günlər yerinə yetiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR