Kuba və ABŞ səfirliklərini açır

Kuba və ABŞ səfirliklərini açır
02:44 18 Yanvar 2015
125 Dünya
Ölkə mətbuatı
A- A+

Kuba və ABŞ nümayəndə heyətləri münasibətlərin normallaşdırılmasına dair danışıqların gələn həftə Havanada keçiriləcək birinci raundu zamanı səfirliklərin açılması məsələsini müzakirə edəcəklər. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Kuba XİN-in açıqlamasında deyilir.

 

Qeyd edək ki, yanvarın 21-də nümayəndə heyətləri miqrasiya məsələləri, əsasən də, qeyri-qanuni miqrasiya və gizli sahibkarlıq ilə mübarizə tədbirləri müzakirə olunacaq.

 

Yanvarın 22-də isə diplomatik münasibətlərin bərpası, həmçinin, səfirliklərin fəaliyyətinin  bərpası məsələsi ilə bağlı ilk görüşün keçirilməsi planlaşdırılıb.   

 

Kuba XİN rəhbərinə görə, danışıqlarda ABŞ-ın nümayəndə heyətinə ABŞ dövlət katibinin köməkçisi Robert Ceykobson rəhbərlik edəcək.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190687

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR